Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” “Bakcell Arena” stadionunda Yunanıstanın “Panatinaikos” klbunu qəbul edəcək. Afinada keçirilən ilk matç yunanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu səbəbdən də mərhələdə adlamaq üçün “Qəbələ” ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Qarşılaşma yerli vaxtla 21.00-da start götürəcək.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunu
“Qəbələ” (Azərbaycan) - “Panatinaikos” (Yunanıstan)
İlk oyun - 0:1
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Son xəbərlər
Son Xəbərlər