“Qəbələ” “play-off”a doğru – - “İnter” möcüzə axtarışında

qebele-play-offa-dogru-
Oxunma sayı: 675


“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən 2 komanda meydana çıxacaq. 

“Qəbələ” “Bakcell Arena”da Kiprin “Apollon” klubunu qəbul edəcək. İlk matçda, səfərdə sərfəli nəticə əldə edən Roman Qriqrorçukun komandasının növbəti mərhələyə adlamaq şansları yüksəkdir. 

“İnter”i isə çox çətin sınaq gözləyir. Səfərdə Bilbao “Atletik”inə 0:2 hesabı ilə uduzan paytaxt klubu möcüzə üçün meydana çıxacaq. 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

6 avqust

 21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr)

Baş hakim: Duarte Nunu Pereyra Qomes

Yan xətt hakimləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome

Dördüncü hakim: Brunu Migel Duarte Payxao (hamısı Portuqaliya)

Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)

UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)

Bakı. "Bakcell Arena"

İlk oyun – 1:1

 

21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya)

Baş hakim: Sərdar Gözübüyük

Yan xətt hakimləri: Bas van Dongen, Patrik Lanqkamp

Dördüncü hakim: Dennis Hiqler (hamısı Hollandiya)

Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)

UEFA nümayəndəsi: George Fantaros (Kipr)

Bakı. "İnter Arena"

İlk oyun – 0:2

“Qafqazinfo”