Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın iki təmsilçisi meydana çıxacaq.
Ötən il qrup mərhələsinə vəsiqə qazanmış "Qəbələ" doğma meydanda Polşanın "Yagelloniya" klubunu qəbul edəcək.
"Zirə" isə səfərdə Rumıniya "Astra"sının qonağı olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Quido Vinkmann (hamısı Almaniya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
8-ci km qəsəbə stadionu
21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Giurgiu. Marin Anastasoviçi stadionu
Son xəbərlər
Son Xəbərlər