Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək. “Qafqazinfo” xəbər verir ki, hər iki həlledici oyun eyni gündə baş tutacaq.
Yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Qəbələlilər ilk oyunda minimal hesabla qalib gəliblər.
Digər yarımfinal matçı isə Zirədə baş tutacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadılar.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
1 may
“Qarabağ” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 17:00.
İlk oyun - 0:1
“Zirə” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu. 20:00.
İlk oyun - 0:0
***
"Qarabağ" - "Qəbələ" matçı üçün heyətlər artıq açıqlanıb.
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 77. Donald Qerye, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 8. Markos Madera, 17. Abdullah Zubir, 10. Dani Kintana, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
"Qəbələ": 1. Anar Nəzirov, 34. Urfan Abbasov, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 88. Sabien Lilay, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 9. Davit Volkov, 10. Rauf Əliyev
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov
***
Oyun başladı.
***
Miçel Madera 38-ci dəqiqədə möhtəşəm qolla yadda qaldı. 1:0
***
“Qarabağ” hesab arasındakı fərqi artırır - 2:0. Dani Kintana 57-ci dəqiqədə fərqlənir.
***
“Qəbələ” hesab arasındakı fərqi azaldır. Davit Volkovi 81-ci dəqiqədə fərqlənir - 2:1.
***
Oyun bitdi.
Fotolar: Pərvin Zeynal





Son xəbərlər
Son Xəbərlər