“Qəbələ” “Qarabağ”la bərabərə qaldı- - Video+Yenilənib

qebele-qarabagla-berabere-qaldi-
Oxunma sayı: 1157


“Qafqazinfo” xəbər verir ki, Avropa Liqasında çıxışını davam etdirən “Qəbələ” doğma azarkeşləri önündə digər təmsilçimiz “Qarabağ”ı qəbul edəcək. 

Digər matçda isə “Rəvan” Bayılda “Sumqayıt”la qarşılaşacaq. 

***

21:00 "Qəbələ” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.

"Qəbələ" futbolçusu Sergey Zenyov oyunun 35-ci dəqiqəsində hesabı açıb.

Oyunun 62-ci dəqiqəsində Riçar Almeyda hesabı bərabərləşdirir. Hesab 1:1.

Almeyda 83-cü dəqiqədə ikinci qolu vurur. 2:1

86-cı dəqiqədə Samir Zərgərovun qolu ilə oyunda hesab yenidən bərabərləşir: 2:2.

***

21:00. "Rəvan” – "Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

"Rəvan” – "Sumqayıt” oyununda isə hesab açılmayıb. 

***

“Qafqazinfo”