Bu gün Qəbələdə Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində iştirak etmək üçün Baş prokuror Kamran Əliyev Qəbələyə səfər edib. O, açılış mərasimindən öncə Heydər Əliyevin Qəbələ şəhərində yerləşən abidəsini ziyarət edib.
Qeyd edək ki, açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər