Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınlar hələ də davam edir - Video

Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınlar hələ də davam edir
Oxunma sayı: 1284

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.