Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 30-da saat 20 radələrində qeydə alınıb.
Kənar Dairəvi yolda Sabirabad rayon sakini N.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sevil İslamovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər