“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı

qebele-sebaile-sabah-samaxiya-qarsi
Oxunma sayı: 987

Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə “Sabah”la “Şamaxı” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” səfərdə “Neftçi”yə 4:0 hesabıyla qalib gəlib. “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVI tur
3 dekabr

“Qəbələ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu, 14:30.

“Sabah” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 17:00.