“Qəbələ” son 6 ilin çempionu ilə qarşılaşacaq

qebele-son-6-ilin-cempionu-ile-qarsilasacaq
Oxunma sayı: 699

“Qəbələ”nin Avstriya toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın son 6 ilin əvəzsiz çempionu “Lüdoqorets” kollektivi ilə üz-üzə gələcəklər. Roman Qriqorçukun komandası Razqrad təmsilçisi ilə iyunun 22-də qarşılaşacaq.

“Qəbələ”nin potensial rəqibləri sırasında Serbiya “Voyvodina”sı da var. Ancaq tərəflər oyunun keçirilmə günündə ortaq məxrəcə gələ bilmirlər. Azərbaycan vitse-çempionu görüşün iyunun 15-də, serbiyalılar isə bundan 1 gün öncə baş tutmasını istəyir. Bu səbəbdən də “Qəbələ” – “Voyvodina” görüşünün baş tutma ehtimalı demək olar ki, yoxdu.