“Qəbələ” “Sumqayıt”a qarşı, “Neftçi” “Səbail”lə üz-üzə

qebele-sumqayita-qarsi-neftci-sebaille-uz-uze
Oxunma sayı: 1080

Bu gün Topaz Premyer Liqasında 21-ci tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Öncə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

“Neftçi” isə paytaxt derbisində “Səbail”lə qarşılaşacaq.

Topaz Premyer Liqası
21-ci tur
2 aprel (bazar ertəsi)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu, 17:00.

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
Bakı. 8-ci km stadionu, 19:30.

Turun digər oyunları: “Kəpəz” – “Zirə” 0:0, “Qarabağ” – “Keşlə” 1:1.