“Qəbələ” “Sumqayıt”ı darmadağın etdi

qebele-sumqayiti-darmadagin-etdi
Oxunma sayı: 3402

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Qarşılaşma qonaqların 4: hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun açılış matçında “Sabah” 0:1 hesabı ilə “Neftçi”yə uduzub.

Azərbaycan Premyer Liqası

17-ci tur

27 fevral

“Sumqayıt” – “Qəbələ” 0:4

Qol: R.Utziq, 2. R.Renato, 39. R.Muradov, 41. M.Musayev, 68.

Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev.

Sumqayıt. “Sumqayıt Arena”, 19:15.