“Qəbələ” Superliqa klubuna qarşı

qebele-superliqa-klubuna-qarsi
Oxunma sayı: 1184

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Akhisar”la üz-üzə gələcək.

Roman Qriqorçukun yetirmələrinin Antalya toplanışındakı ilk rəqibi Superliqanın cari mövsümündə 18 komanda arasında 12-ci pillədə yer alıb.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yoxlama oyunu
10 yanvar
18:00:  “Akhisar” (Türkiyə) – “Qəbələ” (Azərbaycan)

Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası