“Qəbələ” Türkiyə klubunu məğlub etdi

“Qəbələ” Türkiyə klubunu məğlub etdi
Oxunma sayı: 1043

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin “Boluspor” klubu ilə qarşılaşıb. “Qəbələ” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qəbələ”nin heyətində qolları yeni transferlər - Merab Qiqauri və Klesio Bauk vurublar.

Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində buna qədər Ukrayna təmsilçiləri “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib, “Vorskla”ya 1:3 uduzub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi