“Qəbələ” üçün Çempionlar Liqasının finalında hakimlik edən referi

qebele-ucun-cempionlar-liqasinin-finalinda-hakimlik-eden-referi
Oxunma sayı: 700

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Yaqelloniya” (Polşa) – “Dinamo” (Batumi) cütünün qalibi ilə qarşılaşacaq “Qəbələ”nin oyununu idarə edəcək hakimlər bəlli olub. “Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın hakimi Almaniyadan olan Marko Frits olacaq. 

Ona Holqer Hanşel və Markel Pelqrim kömək edəcək. 

Dördüncü hakim funksiyasının Guido Vinkman yerinə yetirəcək. 

Qeyd edək ki, Marko Frits ötən mövsüm baş tutan Çempionlar Liqasın finalı – “Yuventus” – “Real” oyununda əlavə köməkçi hakimlərdən biri olub. O, Feliks Brixin briqadasında yer alıb.