“Qəbələ” üçün “Feyenoord”... - “Neftçi”nin rəqibi İsrail klubudur

“Qəbələ” üçün “Feyenoord”...
Oxunma sayı: 1874

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Qəbələ”nin III raunddakı potensial rəqibləri bəlli olub.

II mərhələdə qarşılaşacaq “Arsenal” (Rusiya) - “Neftçi” cütünün qalibi III raundda “Bney Yehuda” (Tel-Əviv, İsrail) ilə üz-üzə gələcək.

Mübarizəyə II mərhələdən başlayan “Qəbələ” Gürcüstan təmsilçisi “Dinamo”nu keçsə, Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi