“Qəbələ” üçün ispaniyalılar

qebele-ucun-ispaniyalilar
Oxunma sayı: 979

Avropa Liqasının qrup mərhələsində ilk oyununu evdə Yunanıstan PAOK-un qarşı keçirəcək “Qəbələ”nin matçını ispaniyalı hakimlər idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq oyuna Xavier Estrada təyinat alıb.

Onun köməkçiləri is Migel Martines və Teodoro Sobrinodur. 4-cü hakim funksiyasını Dieqo Barbero Sevilya yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək "Qəbələ" - PAOK oyunu saat 22:00-da başlayacaq.