“Qəbələ” üçün yeni sponsor

qebele-ucun-yeni-sponsor
Oxunma sayı: 1870

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, “Milla” brendi artıq komandanın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Milla” brendinin loqosu əks olunacaq.