“Qəbələ” üçün yeni sponsor

qebele-ucun-yeni-sponsor
Oxunma sayı: 2372

“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, klub “Kəhriz Su” ilə əməkdaşlığa başlayıb. 

Şirkət “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq. Razılaşma 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. “Qəbələ”nin əsas komandasının oyun formalarının qolunda şirkətin loqosu əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz Su” reklam bannerləri yer alacaq.