“Qəbələ” UEFA-dan məktub aldı

qebele-uefa-dan-mektub-aldi
Oxunma sayı: 1095

“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindən azad olacağı ehtimalı yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sport24.az-a məlumatı “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov verib.

O, dünən UEFA-dan rəsmi məktub aldıqlarını bildirib: “Qitənin ali futbol qurumundan dünən aldığımız məktubda birbaşa bildirilməsə də, Avropa Liqasına 2-ci təsnifat mərhələsindən başlayacağımıza dair ehtimalın yüksək olduğu yazılıb. Son olaraq buna dair məlumatı iyunun 4-də alacağıq”.

Qeyd edək ki, daha öncə “Qəbələ”nin Avropa Liqasına 2-ci mərhələdən başlayacağını yazmışdıq. Bu, iyunun 3-də baş tutacaq Çempionlar Liqasının finalı – “Yuventus”la “Real” arasındakı matçdan sonra rəsmi təsdiqini tapacaq.