“Qəbələ” Ukraynaya getdi və hazırlıqlara başladı -

qebele-ukraynaya-getdi-ve-hazirliqlara-basladi-
Oxunma sayı: 709


“Qafqazinfo” xəbər verir ki, dünən 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. 

Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri bu gün - toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.

Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü - sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Qafqazinfo”