“Qəbələ” və “Neftçi”dən qələbə - Yenilənib

qebele-ve-neftciden-qelebe
Oxunma sayı: 3302

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı son çempion “Neftçi” ilə “Keşlə” arasında baş tutacaq.

Sabah daha bir oyun keçiriləcək. “Zirə” “Sabah”ı qəbul edəcək. “Qarabağ”ın “Sumqayıt”la matçı isə Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə pley-off oyunlarına görə təxirə salınıb. Bu matç mayın 12-də keçiriləcək.
 
Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral

“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “Bakcell Arena”, 17:15.

***

"Qəbələ" "Səbail"i məğlub edib - 2:0.

Qollar: Ülvi İsgəndərov, 78, İsnik Alimi, 90+7

***

"Neftçi" - "Keşlə" matçı "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Sezar Meza Kolli, 21 (1:0), Stankoviç, 26 (2:0), Ramin Nəsirli, 44 (3:0), Felipe Santos, 90+3 (3:1)