““Qəbələ” və PAOK-la ikincilik üçün yarışacağıq”- - Kononov

qebele-ve-paok-la-ikincilik-ucun-yarisacagiq-
Oxunma sayı: 986


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Avroliqanın qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Olek Kononov deyib. O, püşkatmanı dəyərləndirib: 

"PAOK və “Qəbələ” ilə birgə ikincilik uğrunda yarışacağıq. Püşkün nəticəsindən narazı qala bilmərəm. Çünki bütün rəqiblərimiz mənə tanışdılar. “Karpat”ın baş məşqçisi olanda “Borussiya” və PAOK-la qarşılaşmışam. Yenidən onlarla üz-üzə gəlmək maraqlı olacaq. “Borussiya” ilə 2010-cu ildə Lvovda keçirdiyimiz oyun daha yaddaqalan olmuşdu. 

Yadımdadı, gərgin qarşılaşmanın sonunda 3:4 hesabı ilə uduzmuşduq. PAOK-la isə 2011-ci ildə qarşılaşmışam. Yekun nəticədə uduzsaq da, öz meydanımızda pis oyun göstərməmişdik. Salonikdəki atmosferi unutmamışam. Azarkeşləri PAOK-u yaxşı dəstəkləyirlər. Ancaq bu, bizi qorxutmamalıdı. 

Hər bir futbolçuya dolu tribunalar qarşısında oynamaq xoşdu”. 

“Qəbələ” barədə də fikirlərini bölüşən Kononov təmsilçimizin heyətindən xəbərdar olduğunu vurğulayıb: “Qəbələ” mənə tanışdı. Bilirəm ki, “Qəbələ”ni Roman Qriqorçuk çalışdırır. Bundan əlavə, komandada hansı futbolçuların çıxış etməsindən də xəbərdaram”.

Elsevər

“Qafqazinfo”