“Qəbələ” və “Səbail”ə UEFA yarışları üçün lisenziya verilmədi

qebele-ve-sebaile-uefa-yarislari-ucun-lisenziya-verilmedi
Oxunma sayı: 1175

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasla bağlı AFFA-nın saytının yaydığı açıqlamada bildirilib ki, 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Qərara əsasən, UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ" FK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK-ya, Premyer Liqada iştirak etmək üçün isə "Qəbələ" İK və “Səbail PFK-ya lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK və “Zaqatala” FK-ya lisenziya verilməyib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.