Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunda qələbə qazanan “Qəbələ” iki matçın nəticəsinə görə yarımfinala adlayıb.
Qeyd edək ki, sonuncu oyun “Səbail”lə “Zirə” arasında baş tutacaq.
Xatırladaq ki, “Qarabağ” “Keşlə”ni (1:0, 6:0), “Neftçi” isə “Sabah”ı (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
13 fevral
“Qəbələ” – “Sumqayıt” 1:1
Qol: İ.Alimi, 18 – A.Abdullayev, 82-pen.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 15:00.
İlk oyun – 1:0.
Son xəbərlər
Son Xəbərlər