“Qəbələ” yeni sponsorla anlaşdı

qebele-yeni-sponsorla-anlasdi
Oxunma sayı: 1694

“Qəbələ” klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bölgə təmsilçisi “West Hospital” klinikası ilə əməkdaşlığa başlayıb. Bu gün tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

“West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda, klubun stadionunda və mətbuat konfransı zalında yer alacaq.