“Qəbələ” “Zirə”ni məğlub etdi

qebele-zireni-meglub-etdi
Oxunma sayı: 1024

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" komandaları yoxlama matçında üz-üzə gəliblər.

"Qafqazinfo" xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zirə" hazırda turnir cədvəlində 8 xalla beşinci, "Qəbələ" isə 5 xalla 7-ci yerdə qərarlaşıb.