Qəbələdə ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb.
Yolla hərəkət edən mikroavtobus və minik avtomobili toqquşub. Qəza nəticəsində 10-a yaxın şəxs xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Əlavə detallar dəqiqləşdirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Həmçinin oxuyun: Запись на прием к известному российскому врачу доступна только 31 мая
Банк Республика поддержал малообеспеченные семьи
***
TƏBİB-in məlumatına görə, Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar qurumun tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-dən daha bir məlumat verilib. Bildirilib ki, qurumun tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.