Qəbələdə avtomobillər toqquşdu, ölənlər və yaralananlar var - Yenilənib

qebelede-avtomobiller-toqqusdu-olenler-ve-yaralananlar-var
Oxunma sayı: 3695

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun  məlumatına görə, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birində olan 2 nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu da  bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəbələdə baş verən qəzada ölənlərin şəxsiyyəti məlum olub.

Ölənlər "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Afiq Rafiq oğlu Məmmədov və onun sərnişini, 1978-ci il təvəllüdlü Cuma Abdulhəlim oğlu Mirzəliyevdir. Məlumata görə, ölənlər kürəkən və qayındır.

Mübariz Məmmədov