Qəbələdə beşotaqlı evdə yanğın hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb. Evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər