"Qafqazinfo" xəbər verir ki, "Qəbələ" səfərdə “Çukariçki”yə (Serbiya) 0:1 hesabı ilə uduzub.
Matçdan sonra açıqlama verən serbiyalıların baş məşqçisi Vladan Mileyoviç qələbəni belə şərh edib: "Yaxşı oyun keçdi. Vurduğumuz qolu da nəzərə alsaq, biz daha yaxşı idik. Yeddi gün ərzində tamailə fərqli rəqib görə bilərik. Qarşımızdakı komanda fərdi ustalıqları ilə seçilən futbolçulardan qurulu bir kollektivdi. Cavab matçında bizi ağır oyun gözləyir. Şanslar yarıbayarıdı. Çalışacağıq ki, cavab matçında daha yaxşı iş görək".
Çalışdırıcı komandasının son durumunu da dəyərləndirib: "Bunlar elə oyunlardı ki, gərək 100 faiz hazır olasan. Düşünürəm ki, Matiç də tezliklə bizimlə olacaq. Çünki bütün oyunçularımıza ehtiyacımız var. Bu, vacib məsələdi".
O, azarkeşlərdən də söhbət açıb: "Biz adətən bu qədər kütlənin qarşısında oynamırıq. Çoxluqla buraya gəlib, bizə dəstək olduqları üçün onlara təşəkkür edirəm".
Son xəbərlər
Son Xəbərlər