Qəbələdə heç-heçə, “Sumqayıt”dan qələbə

qebelede-hec-hece-sumqayitdan-qelebe
Oxunma sayı: 1193

Azərbaycan Premyer Liqasında III tura start verilib.

"Qəbələ" evdə "Keşlə"ni qəbul edib. Matçda hesab açılmayıb.

Günün ikinci görüşündə "Sumqayıt" "Səbail"i qonaq edib. 2:1 hesabı ilə qalib gələn "Gənclik şəhəri" təmsilçisi xallarının sayını 6-ya çatdıraraq azı 1 günlük liderliyi ələ keçirib. 3-cü oyununda da uduzan "Səbail" isə sonuncu sıradadır.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

17:00 "Qəbələ" - "Keşlə" - 0:0

Qırmızı vərəqə: Nikolas Raysel, 67 ("Qəbələ")

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu.

19:15 "Sumqayıt" - "Səbail" - 2:1

Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32- Rauf Əliyev, 21

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Kapital Bank Arena".