İyulun 14-də Qəbələ rayonunda “New Holland” kənd təsərrüfatı texnikalarının festivalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, festivalın keçirilmə məqsədi kənd təsərrüfatı sahəsində dünyanın lider brendlərindən olan “New Holland” traktorlarını ölkəmizdə yerli fermerlər üçün əlçatan etməkdir.
Bu məqsədlə festivala Azərbaycanın müxtəlif bölgələrindən fermerlər dəvət edilib. Festivalda “New Holland” şirkətinin nümayəndəsi Jan Hendrik Albertus “New Holland” traktorlarının müxtəlif modellərinin xüsusiyyətləri və sahədə işləmə prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir zamanı dünyaca məşhur “New Holland” traktorlarının müxtəlif modelləri iştirakçılara təqdim edilib, texnikalar sahədə test edilib, fermerlər arasında şum yarışı keçirilib və torpağı ən yaxşı şumlayan fermerə hədiyyə təqdim edilib. Tədbirdə sual-cavab formatında əyləncəli yarış keçirilib və qaliblər hədiyyələrlə təltif edilib. Tədbirin gedişində uşaqlar üçün şou-proqam təşkil edilib, daha sonra gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı başlayıb və sonda festival dj-li musiqi proqramı ilə başa çatıb.
Festivalda “New Holland” “CX6.90” modelli kombayn, “T7060”, “T6090”, “TD5.110”, “T4.95”, “T3.75F”, “TT3.50” modelli traktorlar, həmçinin türk və italyan aqreqatları da iştirakçılara təqdim edilib. “New Holland”ın müxtəliftəyinatlı bu modelləri müasir eksteryer və interyer dizaynı, dözümlü mexanizmi, çoxfunksiyalı idarəetmə paneli, komfortlu kabini ilə fermerlərə sahədə əvəzolunmaz imkanlar təklif edir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və kənd təsərrüfatı texnikalarını fermerlərə əlçatan etmək məqsədilə "New Holland"ın Azərbaycandakı rəsmi nümayəndəliyi mütəmadi olaraq ölkənin müxtəlif bölgələrində sahə günləri və kənd təsərrüfatı festivallarını təşkil etməyi planlaşdırır.











Son xəbərlər
Son Xəbərlər