Qəbələ rayonunda ağır yol qəzəsı baş verib.
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 2 radələrində Qəbələ şəhəri ərazisində Vəndam qəsəbə sakini Fərid Nəbiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər