Qəbələdə yanğın, 1 nəfər tüstüdən zəhərləndi

qebelede-yangin-1-nefer-tustuden-zeherlendi
Oxunma sayı: 1322

Qəbələ rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.