“Qəbələ”də yeni məşqçi təyinatı

“Qəbələ”də yeni məşqçi təyinatı
Oxunma sayı: 853

“Qəbələ” klubunun əsas komandasının məşqçilər korpusunda dəyişiklik baş verib.

"Qafqazinfo"nun məlumatına görə, əyalət təmsilçisində yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. 

“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. 

Qeyd edək ki, Azər Bağırov məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi