Qəbələdə yol qəzası, xəsarət alan var

qebelede-yol-qezasi-xesaret-alan-var
Oxunma sayı: 1466

Qəbələdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, rayon ərazisində 1997-ci il təvəllüdlü Həsrətov Emil Teymur oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.

Qəza zamanı E.Həsrətov ağır bədən xəsarətləri alıb. O, əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qasıq oturaq sümüklərinin və sağ bud sümüyünün yer dəyişən sınığı diaqnozları qoyulub və reanimasiyaya yerləşdirilib. Lakin E.Həsrətovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.