Qəbələdə yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində rayonun Bum qəsəbə sakini, 1980-ci il təvəllüdlü Zeynalov Firdovsi Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər