Qəbələdə zəlzələ oldu

qebelede-zelzele-oldu
Oxunma sayı: 1375


Anspress-in Azərbaycan Milli Almlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 16:38-də Qəbələdən 9 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib.
Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.

Qeyd edək ki, Qəbələdə fevral ayının 26-da da zəlzələ baş vermişdi. Bir necə gün öncə qeydə alınan təkanların maqnitudası 3 olub. 

Ümumilikdə isə fevral ayında Azərbaycanda 7 zəlzələ baş verib. Təkanlar Lerik, Qəbələ, Xəzər dənizi, Hacıqabul, İsmayıllı rayonlarında baş verib.