Qəbələdəki qayalığa çıxıb köməksiz qaldı...

qebeledeki-qayaliga-cixib-komeksiz-qaldi
Oxunma sayı: 901


“Qafqazinfo”nun xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxıb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vastəsilə vətəndaşı oradan endirib və aidiyyatı üzrə təhvil veriblər.