“Qəbələ” növbəti transferini gerçəkləşdirib.
"Qafqazinfo" xəbər verir ki, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.
Son xəbərlər
Son Xəbərlər