Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Digər yarımfinal görüşü sabah “Turan Tovuz”la “Neftçi” arasında olacaq. Bu komandaların ilk qarşılaşması Tovuzda keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
18 aprel
“Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 18:00.
***
Yarımfinalın ilk görüşü Qəbələdə oynanılıb.
Yerli komanda "Səbail" önünə çıxıb. Oyunun əvvəlində 2 qol buraxan "Qəbələ" geridönüş edərək 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan kuboku
Yarımfinal mərhələsi, ilk oyun
18 aprel
"Qəbələ" - "Səbail" 3:2
Qollar: İlkin Muradov, 8 (0:1), Emil Martinov, 21 (0:2), Rafael Utziq, 34 (1:2), 66 (2:2), Felipe Santos, 74 (3:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
Son xəbərlər
Son Xəbərlər