“Qəbələ”dən gedənlərin sayı 7-yə çatdı

qebeleden-gedenlerin-sayi-7-ye-catdi
Oxunma sayı: 856

“Qəbələ” müdafiəçi Urfan Abbasovla yollarını ayırıb. 

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
27 yaşlı müdafiəçi 2011/12 mövsümündən komandanın şərəfini qoruyub.

O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Urfan bütün qollarını ölkə çempionatında vurub.