“Qəbələ”dən ilk transfer

qebeleden-ilk-transfer
Oxunma sayı: 1834

“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

“Qafqazinfo” xəbər verir ki, kluban qol.az-a verilən məlumata görə, milli komandamızın üzvü Rəşad Eyyubovla razılıq əldə olunub.

Son klubu “Kəpəz” olan gənc hücumçu ilə bir illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, R.Eyyubov mövsümün əvvəlində “Xəzər Lənkəran”dan “Kəpəz”ə keçmişdi.