“Qəbələ”dən ilk transfer

qebeleden-ilk-transfer
Oxunma sayı: 2258

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.