“Qəbələ”dən növbəti transfer -

qebeleden-novbeti-transfer-
Oxunma sayı: 1095


“Qafqazinfo” xəbər verir ki, klub rəhbərliyi bosniya və herseqovinalı futbolçu Ermin Zets ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ” klubuna keçənədək vətənində “İskra” (Buqoyno, 2006-2007-ci illər), Xorvatiyada “Sibenik” (2007-2010-cu illər) və “Riyeka” (2014-cü il), Türkiyədə “Gənclərbirliyi” (2010-2014-cü illər), “Balıkəsirspor” (2015) klublarında çıxış edib. O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. O, 2007-2009-cu illərdə bu ölkənin U-21 kollektivində beş oyuna çıxan hücumçunun əsas millidə debütü 2008-ci ildə olub. Bu komandada doqquz matçda iştirak edən E.Zets yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

“Apollon” (Kipr) - “Qəbələ” (Azərbaycan) qarşılaşması iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda saat 22:00-da başlayacaq.

“Qafqazinfo”