“Qəbələ”dən yeni transfer

qebeleden-yeni-transfer
Oxunma sayı: 994

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Merab Qiqaurini rənglərinə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qiqauri Kutaisi “Torpesu”nun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda oynayıb. Bundan başqa o, Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib. Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.