Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovun keçidini rəsmiləşdirib. İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son 5 mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
Qeyd edək ki, “Qəbələ” bu yay indiyədək Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afrikonu da transfer edib.
Bundan başqa, “qırmızı-qaralar” Osama Xalaylanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.
Son xəbərlər
Son Xəbərlər