“Qəbələni şəhər adlandırmaq çətin idi” - Antonov

qebeleni-seher-adlandirmaq-cetin-idi
Oxunma sayı: 2087

Qəbələ”dən uğursuz çıxışına görə göndərilən Aleksey Antanov ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, hazırda Rusiyanın "Anji" klubunda baxışda olan forvard maraqlı açıqlamaları ilə yadda qalıb.

O, əvvəlvə hazırkı durumundan danışıb: “Hazırda hər şey qaydasındadı. Özümə klub axtarırdım. Bir müddət də formada qalmaq üçün "Dnepr"in əvəzedici komandası ilə məşq edirdim. Özünüz də bilir ki, məlum səbəblərə görə, “Dnepr” yeni oyunçu sifariş edə bilməz. Ona görə bu məsələ heç müzakirə də olunmadı. Ancaq onu deyim ki, bu klub mənə doğmadı”.

O, "Qəbələ"dən ayrılmasına da münasibət bildirib: "Rəhbərliklə aramda fikir ayrılığı oldu. Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım. Düzü, Qəbələni şəhər adlandırmaq da çətindi. Sonda belə qərara gəldik ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verək. Ancaq onu deyim ki, "Qəbələ"nin heyətində Avropa Liqasında çıxış etdik. Bu da mənim üçün yaddaqalan oldu".