“Qəbələ”nin Avstriyada daha 3 rəqibi bilindi

qebelenin-avstriyada-daha-3-reqibi-bilindi
Oxunma sayı: 681

2017/18 mövsümünə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək. 

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirəcək.

Roman Qriqorçukun komandası iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. “Qəbələ” iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun yetirmələri Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” komandası olacaq. Bu matç iyulun 8-də baş tutacaq.

Xatırladaq ki, yeni mövsümün hazırlığına iyunun 3-də Bakıda start verən “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və 5 yoxlama matçında qüvvəsini sınayıb.